MTN rəhbərinin müavini Hilal Əsədov işdən çıxarıldı

18-12-2015, 22:41           
MTN rəhbərinin müavini Hilal Əsədov işdən çıxarıldı
Milli təhlükəsizlik nazirinin müavini postunu tutan Hilal Əsədov dünən - dekabrın 17-də vəzifəsindən azad edilib.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub.

Xatırladaq ki, MTN dekabrın 14-də prezident İlham Əliyevin fərmanı ilə buraxılıb, onun əsasında iki müstəqil qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bildirilir ki, Xarici Kəşfiyyat Xidməti rəisinin müavinləri postuna təqdimatı verilən və siyahısı dövlət başçısına göndərilən şəxslərin arasında general Hilal Əsədovun adı yoxdur. O, dünəndən etibarən tutduğu vəzifədən azad olunmuş hesab edilir.

Sabir nazir Eldar Mahmudovun keçmiş müavinləri arasında yalnız nazir müavini Əli Şəfiyev Dövlət Təhülkəsizliyi Xidməti rəisinin müavini vəzifəsində saxlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru