Məktəbin “Pepsi” qabındakı məhlulla dezinfeksiya edilməsinə rəsmi münasibət – FOTO

2-03-2020, 15:00           
Məktəbin “Pepsi” qabındakı məhlulla dezinfeksiya edilməsinə rəsmi münasibət – FOTO
Təhsil Nazirliyi sosial şəbəkələrdə Göyçayda məktəbdə qadın əməkdaşın plastik qabda (“Pepsi” qabı) sinif otaqlarının qapısının dezinfeksiya etməsi məsələsinə münasibət bildirib.

“Report” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, ola bilər ki, bu, həmin şəxsin öz təşəbbüsü olub:

“Məlumdur ki, dezinfeksiya işlərini Bakıda və bölgələrdə sanitar-epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru