30 kq kokain tutldu

3-03-2020, 00:00           
30 kq kokain tutldu
Ukraynanın “Cənub” portunda Avropa İttifaqı ölkələrinə daşınması planlaşdırılan 30 kiloqram kokain aşkarlanıb.

Axar.az xəbər verir ki, Çilidən gətirilən kokainin Ukrayna vasitəsilə Avropa İttifaqı ölkələrinə aparılması nəzərdə tutulurdu. Saxlanılan kokainin qara bazarda qiyməti 90 milyon qrivna (4 milyon dollara yaxın) dəyərləndirilir.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, narkotacirlər Ukrayna vasitəsilə Avropa İttifaqı ölkələrinə 500 kiloqram kokaini daşımağı planlaşdırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru