Rövnəq Abdullayevin xalası oğlu da dənizdə itkin düşüb – FOTO

19-12-2015, 09:39           
Rövnəq Abdullayevin xalası oğlu da dənizdə itkin düşüb – FOTO
Dekabrın 4-də “Günəşli” yatağının 10-cu özülündə baş vermiş yanğın zamanı itkin düşən neftçilər arasında SOCAR prezidenti Rövnəq Abdullayevin xalası oğlu da var. teref.az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən bu faktı virtualaz.org saytına təsdiqləyiblər.
İtkin düşən neftçi, 43 yaşlı Əyyub Xəlil oğlu Əliyev uzun illər Dövlət Neft Şirkətində fəhlə işləyib. Faciə baş verən gün o da digər neftçilərlə birgə 10-cu özüldə iş növbəsində olub. Digər itkinlər kimi SOCAR prezidentinin yaxın qohumu Əyyub Əliyevi də xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, dekabrın 4-də baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışları da davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru