Nardaranda tutulanlardan son xəbər- 5 nəfər azad edilib..

20-12-2015, 11:47           

Dünən Nardaranda keçirilən əməliyyatlar zamanı saxlanılan 8 nəfərdən 5-i sərbəst buraxılıb. 3 nəfər isə "Banditzm"ə aparılıb.

teref.az yazır ki, bu barədə məlumatı musavat.com-a kənd ağsaqqalı Natiq Kərimov verib.

"5 nəfər dünən axşam buraxılıb. 3 nəfərdən xəbər yoxdur. Əməliyyat hər gün var. Saxlanılanlar var. Buraxılanlar da var. Əksər saxlanılanın taleyindən xəbərsizik. Ailələri də narahatdır. Ombudsmana müraciətimizə də cavab verilməyib"- deyə N.Kərimov bildirib.

Kəndin hələ də Daxili Qoşunların və polisin ciddi nəzarətində olduğunu deyən N.Kərimov qetd edib ki, kəndə kənar yerlərdən gələnlərin girişinə qadağa yenə də qüvvədədir.

Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru