Dilqəm Əsgərovu tutan erməni gədası danışdı - “Onu şəxsən yaxalamışam”
21-12-2015, 14:01
Ermənistan Müdafiə Nazirliyinin təsmi qəzeti olan “Hayzinvor” 2014-cü ilin yayında doğma evini ziyarət edən zaman yaxalanan Azərbaycan vətəndaşı Dilqəm Əsgərovu girov götürən erməni zabtindən qısa açıqlama alıb.
Modern.az saytı qəzetə istinadən xəbər verir ki, kapitan Hay Sirakanyan işğalçı orduda bölük komandiri vəzifəsini daşıyır.
“Biz cəbhə xəttində isyənilən vəziyyətə hazırıq çünki döyüş yoldaşlarımzı itirmişik və daha itirməyə heç nəyimiz yoxdur. Ona görə də ötən ilin yayında olduğu kimi bir olmalıyıq. Mən özüm şəxsən Dilməq Əsgərovu yaxalamışam. O, indi ömürlük həbs cəzası çəkir”.
2014-cü ilin iyulunda doğma Kəlbəcər rayonunu ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni xüsusi təyinatlılatı tərəfindən girov götürülümüş, onlarla birlikdə getmiş əclən Cəbrayıl rayonundan olan Həsən Həsənov isə öldürülmüşdü.
Xankəndində qurulan qondarma məhkəmə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.