Səhiyyə Nazirliyində dəyişiklik - Eldar Mahmudovun qohumu işdən çıxarıldı

2-01-2016, 11:44           

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Onun yerinə əvvəllər "Strong Farm" şirkətinin direktoru olmuş Sadıx Əliyev təyin edilib. O da bildirilib ki, S.Əliyev daha əvvəl “EvroMed” şirkətində Beynəlxalq əlaqələr üzrə direktor müavini işləyib(Anspress).

Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru