Bayram tətilindən sonra avtomobilləri ilə evlərinə qayıdan yaponlar yollarda böyük tıxac yaradıblar.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarından Yamatodakı magistral yolda yaranan tıxacın uzunluğu 45 kilometrə çatıb. Saitamada 40, Toxoku və Tyuqoku magistralında isə 35 kilometrltk tıxac yaranıb.
Hava limanları və dəmir yolu vağzallarında da sıxlıq yaşanır. Yaponiyada rəsmi bayram günləri yanvarın 1 və 2-di.