Toy karvanında avtoşluq etdiklərinə görə həbs edildilər - (FOTO)

3-01-2016, 20:09           
Toy karvanında avtoşluq etdiklərinə görə həbs edildilər - (FOTO)
Gəncədə avtoxuliqanlıq edən bir neçə nəfər saxlanılıb.

Apa-nın verdiyi xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.

DYP əməkdaşları toy karvanında kəskin manevrlər edən avtomobilləri təhlükəsiz şəhər kameralarının görüntülərinə əsasən müəyyən edib.

“VAZ 2107“ markalı avtomobilləri idarə edən Kənan Cəfərov və Sarı Məhərrəmov məhkəmənin qərarı ilə 20 sutkalıq həbs edilib, 1 il müddətinə sürücülük hüququndan məhrum olunublar.

Bunlardan başqa, “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq edən azyaşlı da saxlanılıb. Ona 600 manat cərimə kəsilib.

Hər üç avtomobil cərimə meydançasına aparılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru