Bibiheybət yolu AÇILIR: - tarix bəlli oldu

2-06-2020, 17:34           
Bibiheybət yolu AÇILIR: - tarix bəlli oldu
“Hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb”.

Bu sözləri Bibiheybət yolundakı təmir-tikinti işləri barədə Lent.az -a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, yolun hərəkət hissəsinin bərpasına başlanılıb:

“Bu gündən yolun hərəkət hissəsinin bərpasına başlanılıb. Yaxın günlərdə asfaltlanma işləri görüləcək. Planlaşdırmışıq ki, növbəti həftədə Bibiheybət yolunu istifadəyə verək. Orada yamacın aşağısında və yuxarısında istinad divarları inşa olunurdu. Hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb. Bircə yolun bərpası qalıb”.

Qeyd edək ki, Bakının əsas cənub çıxışı olan Bibiheybət yolu ötən ilin noyabr ayında sürüşmə nəticəsində yararsız hala düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru