ABŞ-ın Yelloustoun milli parkında gün ərzində 11 zəlzələ qeydə alınıb 2-06-2020, 23:11 ABŞ-ın Yelloustoun milli parkı yaxınlığında bir gün ərzində 11 zəlzələ qeydə alınıb.Trend-in məlumatına görə, yeraltı təkanların ən güclüsü 3,1 bal gücündə olub.Təkanların episentri Yerin 4,8 kilometr dərinliyində olub.Yelloustoun bölgəsi ABŞ-da ən fəal seysmik zonalardan sayılır. Burada il ərzində 700-dən çox zəlzələ baş verir.1985-ci ildə isə təkcə 3 ay ərzində 3 mindən çoz yeraltı təkan qeydə alınıb. Facebook-da paylaş