Paşinyan koronanı yayan günahkarları tapdı

3-06-2020, 01:12           
Paşinyan koronanı yayan günahkarları tapdı
Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində insanların avtobusa minməsini əks etdirən foto paylaşıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Paşinyan fotonun Vanadzordakı fabrikin işçilərini daşıyan avtobus olduğunu bildirib.

“Vanadzordakı “Qloriya” fabrikinin işçiləri evə gedir. Bax, bunlardır Ermənistandakı yoluxma göstəricisini rekord səviyyəyə qaldıranlar”, - Paşinyan yazıb.

Yeri gəlmişkən, avtobusun markası və görkəmi Ermənistandakı iqtisadi durumu da əks etdirir.

Qeyd edək ki, Ermənistanda bu gün 517 nəfər koronaya yoluxub, 19 nəfər ölüb. Ümumilikdə yoluxma sayı 10.009, ölən isə 158-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru