"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib.