Paytaxtda zəncirvari qəza baş verib 4-06-2020, 08:51 Bu gecə Bakıda üç avtomobilin iştirakı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report” xəbər verir ki, hadisə “NZS” qəsəbəsində qeydə alınıb.Zəncirvari qəza nəticəsində 1937-ci il təvəllüdlü Halıqov Ağaşah Ağaməmməd oğlu xəsarət alıb.Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.Ona sol gözün küt travması diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş