Bakıda yük avtomobili yanıb. Femida.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.