Xırdalanda yaşayış binasında yanğın olub. Teref.az xəbər verir ki, yanğın hadisəsi “AAAF Park” yaşayış kompleksinin 26-cı küçəsinin ikinci binasında mənzillərdən birinin eyvanında qeydə alınıb.
Hadisəyə səbəb qaz balonunun partlaması olub. Xoşbəxtlikdən yanğın zamanı mənzildə heç kim olmayıb.