“Telegram”ın işində problem yaranıb

7-06-2020, 01:38           
“Telegram”ın işində problem yaranıb
Dünyanın bir sıra regionlarında “Telegram” messencerinin işində problem yaranıb.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ, Polşa, İtaliya, Türkiyə, Ukrayna və İspaniyada qeydə alınır.

İstifadəçilərin bir hissəsi serverə qoşula bilmir. Daha 28%-i mesaj göndərə və ya qəbul edə bilmədiklərindən, 2%-i sistemə girə bilmədiklərindən şikayət edirlər.

Qeyd olunur ki, mütəxəssislər hamını şəbəkəyə qaytarmaq üzərində işləyirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.