Rusiyada Azərbaycan diasporunun rəhbəri COVID-19-dan vəfat etdi

7-06-2020, 23:50           
Rusiyada Azərbaycan diasporunun rəhbəri COVID-19-dan vəfat etdi
Rusiya Azərbaycanlıları İttifaqının Tula vilayəti üzrə nümayəndəsiMəhsud Məmmədov yeni növ koronavirusdan dünyasını dəyişib. Bu barədə “Report”un Rusiya bürosuna təşkilatın vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

"Məhsud Məmmədovun rəhmətə getməsi Rusiya Azərbaycanlıları İttifaqı üçün böyük itkidir. O, fəal diaspor sədri olmaqla yanaşı, həm də vətənpərvər, vətənini, millətini düşünən bir insan idi. Onun ölümü bütün diasporumuzu sarsıtdı. Təşkilatın Koordinasiya Şurası adından Məhsud Məmmədovun yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik", - deyə Elnur Hüseynov bildirib.

E.Hüseynov əlavə edib ki, məhz M.Məmmədovun sayəsində Azərbaycan diasporu regionun aparıcı içtimai təşkilatlarından birinə çevrilib: "Məhsud Məmmədov Azərbaycanın bütün tarixi günlərini Tula vilayətində qeyd etməklə yanaşı, regionun sosial həyatında da yaxından iştirak edirdi".

Qeyd edək ki, Məhsud Məmmədov 1970-ci ildə anadan olub. Diaspor sədri iki həftə bundan əvvəl COVID-19-a yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru