Uşağını 11-ci mərtəbədən atmaq istədi, ərini bıçaqladı - DƏHŞƏTLİ HADİSƏ

8-06-2020, 08:47           
Uşağını 11-ci mərtəbədən atmaq istədi, ərini bıçaqladı -
Türkiyənin Küçükçekmeçe rayonunda Esra adlı qadın əri Suatla dalaşaraq ona bıçaqla xəsarət yetirib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ərini bıçaqlamaqla ürəyi soyumayan qadın uşağını 11-ci mərtəbədən atmaq istəyib.

Eyvana çıxıb uşağı atacağını söyləyən Esranı qonşular sakitləşdirməyə çalışıblar. Sonra o, fikrindən vaz keçib, uşağı evə qaytarıb.

Hadisə yerinə çağrılan polislər qadının intihar edəcəyindən ehtiyatlanaraq onu sakitləşdirməyə çalışıblar. Onların cəhdləri büsbət nəticə verib. Qadını aşağı endirə biliblər.

Təcili Tibbi Yardım Birqadası yaralı Suatı və onun həyat yoldaşı Esranı xəstəxanaya aparıblar.

Hər ikisinin də vəziyyəti stabildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru