İşdən çıxarılan baş həkim xəbərlərə təəccübləndi: - “Karantini pozduğum üçün?”

8-06-2020, 16:58           
İşdən çıxarılan baş həkim xəbərlərə təəccübləndi: -
Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinin baş həkiminin tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılıb.

Məlumatda bildirilir ki, bununla bağlı müvafiq əmr imzalanıb və Həsən Fərman oğlu Hüseynov karantin qaydalarını pozduğu üçün direktor vəzifəsindən uzaqlaşdırılıb. Müəssisədə bir neçə tibb işçisinin koronavriusa yoluxduğu bildirilir.

H.Hüseynovun yerinə hələlik təyinat olmadığı da xəbərdə yer alıb.

Cebhe.info-ya açıqlamasında baş həkim mətbuatda yer alan xəbərə görə təccübünü gizlətməyib:

“Pozduğum üçün? Mən işdən azad edilməmişəm, öz xahişimlə ərizə yazıb işdən çıxmışam. Səhv məlumatdır”.

Baş həkim işdən çıxma səbəbini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru