İraqda hərbi təyyarə qəzaya uğradı - Yaralılar var
9-06-2020, 09:47
ABŞ-ın hərbi təyyarəsi İraqda qəzaya uğrayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "C-130H" tipli təyyarənin eniş etmək istəyərkən zolaqdan çıxdığı bildirilib. Hadisə nəticəsində 4 əsgər xəsarət alıb.
Onlar dərhal xəstəxanaya yerləşdirilib. Meydana gələn yanğın isə nəzarətə götürülərək söndürülüb.