Daha bir erməni əsgər öldü

23-07-2020, 17:20           
Daha bir erməni əsgər öldü
Tovuzla sərhəddəki döyüşlərdə Azərbaycan Ordusunun açdığı atəş nəticəsində başından yaralanan erməni əsgər Artur Muradyan ölüb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Nazirlik əsgərin bu gün öldüyünü bildirib.

Qeyd edək ki, Artur Muradyan 2001-ci il təvəllüdlüdür. O, məcburi hərbi xidmət keçib. Ermənistan Müdafiə Nazirliyi bundan öncə dəfələrlə guya cəbhənin təmas xəttində icbari xidmət keçən əsgərlər yox, muzdluların yerləşdirdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru