Səfərbərlik olarsa, hansı yaş həddinədək şəxslər xidmətə çağırılacaq?

23-07-2020, 17:35           
Səfərbərlik olarsa, hansı yaş həddinədək şəxslər xidmətə çağırılacaq?
Azərbaycanda hazırda 18 yaşı tamam olan gənclərin hər biri hərbi xidmətə çağırılır. Ali məktəblərdə təhsil alan gənclər isə 22 və daha yuxarı yaşlarda hərbi xidmətə gedirlər. Ümumilikdə, ölkəmizdə hərbi çağırış yaşı 22-yə qaldırıla bilərmi?

Mövzunu hərbi ekspert Ramil Məmmədli ilə davam etdirdik. O, KONKRET.az-a açıqlmasında bildirdi ki, Azərbaycanda hərbi çağırış yaşının qaldırılması nəzərdə tutulmur:

“Hazırda Azərbaycanda hərbi çağırış yaşı 18-35 arasındadır. Hərbi çağırış yaşının Azərbaycan-Ermənistan arasındakı vəziyyətin gərginləşməsinə heç bir aidiyyəti yoxdur. Onsuz da belə vəziyyətdə səfərbərlik qaçılmaz olacaq. Səfərbərliyin yaşı isə daha yüksəkdir. Mərhələli şəkildə həyata keçirilir. Bu baxımdan hərbi çağırış yaşının qaldırılmasına ehtiyac yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.