Kanadada təyyarə qəzaya uğrayıb

11-02-2021, 06:00           
Kanadada təyyarə qəzaya uğrayıb
Kanadanın paytaxtı Ottava şəhərinin qərbində kiçik tutumlu şəxsi təyyarə qəzaya uğrayıb.

“Report”un məlumatına görə, bu barədə “СTV” telekanalı xəbər verib.

Hadisə Karp hava limanının yaxınlığında baş verib. Belə ki, iki nəfərlik “Blackshape BS100” təyyarəsi meşəyə düşərək alovlanıb.

Təyyarənin göyərtəsində neçə nəfərin olması və ölənlərin kimliyi barədə məlumat verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.