Bakıda tikilməkdə olan metrostansiyaya məxsus vaqonlarda yanğın baş verib

9-02-2016, 08:30           

Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan metrostansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.