ABŞ ticarət müharibəsinə hazırlaşır – Trampdan yeni rüsum hədəsi

1-07-2025, 12:14           
ABŞ ticarət müharibəsinə hazırlaşır –
ABŞ Prezidenti Donald Tramp “The Big Beautiful Bill” adlı vergi və xərclər qanun layihəsini 4 iyul – ABŞ-ın Müstəqillik Günündə imzalayacaq.

TEREF xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, layihənin razılaşdırılması prosesində ciddi irəliləyiş var və yaxın günlərdə yekunlaşması gözlənilir.

Nazir həmçinin bəyan edib ki, əgər beynəlxalq ticarət danışıqlarında irəliləyiş əldə olunmasa, ABŞ digər ölkələrdən idxal olunan mallara qarşı yeni gömrük rüsumlarını tətbiq edə bilər.

Qeyd edək ki, bu rüsumların tətbiqi daha əvvəl iyul ayına qədər təxirə salınmışdı./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru