Azərbaycanlı milyarderə ağır itki

17-02-2021, 20:29           
Azərbaycanlı milyarderə ağır itki
Məşhur azərbaycanlı milyarder, Rusiyadakı "NortQaz” şirkətinin yaradıcısı Fərhad Əhmədova ağır itki üz verib.

Fərhad Əhmədovun böyük qardaşı Ramiz Əhmədov vəfat edib.

Allah rəhmət etsin!

Qeyd edək ki, Fərhad Əhmədovun atası Teymur Əhmədov vaxtilə Göyçayda zavod direktoru olub.

Fərhad Əhmədov dünyadakı məşhur Azərbaycan əsilli milyarderlər arasında xüsusi populyarlığı ilə seçilir.

Hazırda Göyçayda fəaliyyət göstərən "AzNar” şirkəti və şirkətin təsisçisi olduğu "Kənd" MMC də Fərhad Əhmədova məxsusdur. Şirkət Göyçay və İsmayıllı rayonlarında 1200 hektardan çox sahədə nar, üzüm, alma bağları yaradıb. //Sfera.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.