İmişlidə evdə qaz sızmasından partlayış baş verib –3 nəfər ağır xəsarət alıb

18-02-2021, 08:41           
İmişlidə evdə qaz sızmasından partlayış baş verib
İmişli rayonunun Sarxanlı kəndində fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.

Hadisə nəticəsində rayon sakinləri – 1961-ci il təvəllüdlü Atakişiyev Tahir Knyaz oğlu, 1963-cü il təvəllüdlü Atakişiyev Səfər Knyaz oğlu və 1960-cı il təvəllüdlü Atakişiyeva Ofeliya İdris qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/APA.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.