Brazilyada koronavirus :9 milyondan çox xəstə müalicə olunaraq sağalıb

21-02-2021, 09:58           
Brazilyada koronavirus
Braziliyada son sutka ərzində daha 57 472 nəfərin koronavirus infeksiyasına yoluxması, 1212 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 10 139 148 nəfər yoluxub. Bu müddət ərzində 245 977 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 9 067 939 xəstə müalicə olunaraq sağalıb. /APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.