Bakıda avtomobil ər-arvadı vurdu

21-02-2021, 10:13           
Bakıda avtomobil ər-arvadı vurdu
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Yolu keçən 1963-cü il təvəllüdlü İmanov Əbülfət Əhməd oğlu və həyat yoldaşı, 1965-ci il təvəllüdlü İmanova Aybəniz Cəmil qızını avtomobil vurub.

Yaralılar təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı Ə.İmanova sol incik sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları, A.İmanovaya isə qapalı kəllə-beyin travması, alnın cırılmış yaraları, sol oturaq qaşıq sümüyünün sınığı diaqnozları qoyulub.

Hər iki yaralı həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru