Sərkisyan Paşinyanı ikinci dəfə rədd etsə... - Politoloq

28-02-2021, 11:16           
Sərkisyan Paşinyanı ikinci dəfə rədd etsə... - Politoloq
Ermənistandakı proseslərin necə inkişaf edəcəyi Prezident Armen Sərkisyandan asılıdır.

Axar.az xəbər verir ki, bunu Paşinyanın növbəti dəfə Baş Qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması barədə Prezident Armen Sərkisyana təqdimat göndərməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Armen Sərkisyan Paşinyana ikinci dəfə də rədd cavabı versə, Ermənistan Konstitusiya böhranına sürüklənəcək:

“Ermənistandakı indiki vəziyyət Paşinyanı erkən parlament seçkisinə məcbur edə bilər. Ancaq bu da həll yolu olmayacaq. Seçki kampaniyası Ermənistandakı siyasi və iqtisadi böhranı daha da dərinləşdirəcək. Böyük ehtimalla müxalifət seçkinin nəticələrini tanımayacaq və Gürcüstandakı parlament böhranı Ermənistanda təkrarlanacaq”.

Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Baş Qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması barədə təklifi Prezident Armen Sərkisyana göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru