ABŞ-da bir gündə 68 min nəfərdə COVID-19 aşkar olunub

1-03-2021, 06:35           
ABŞ-da bir gündə 68 min nəfərdə COVID-19 aşkar olunub
ABŞ-da son bir gündə təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 68 min nəfər artıb, 1,5 mindən çox insan ölüb.

APA xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarını, habelə KİV məlumatlarını və digər açıq mənbələri ümumiləşdirən Cons Hopkins Universitetinin hesabatında məlumat yer alıb.

Məlumata ​​görə, son 24 saat ərzində həkimlər 68 071 yeni yoluxma və 1536 ölüm faktı qeydə alıblar.

ABŞ-da bütün pandemiya dövründə COVID-19 xəstələrinin ümumi sayı 28 554 938-ə çatıb, 511 999 koronaviruslu xəstə isə ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.