Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək - Diqqət!

29-03-2021, 19:50           
Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək - Diqqət!
Kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir.

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni - 411-2 maddəsinin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, fermer tərəfindən “electron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunması nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru