Gürcüstanda partlayış: Ölən var

4-04-2021, 20:56           
Gürcüstanda partlayış:
Bu gün Tbilisinin Lilo qəsəbəsində yaşayış binasında partlayış olub.

Tenqiz küçəsindəki binada baş verən partlayış nəticəsində 65 yaşlı qadın ölüb.

Binanın dördüncü mərtəbəsindəki mənzildə baş verən partlayış zamanı partlayış dalğası eyvanın qapısını çıxarıb, evin sahibi dördüncü mərtəbədən yerə düşüb O, aldığı travmalardan hadisə yerində ölüb.

Partlayışın səbəbi hələlik dəqiq məlum deyil. İlkin versiyaya görə, binanın dördüncü mərtəbəsindəki mənzildə su qızdırıcısı partlayıb.

Hazırda yanğınsöndürmə-xilasetmə əməliyyatları davam edir. //APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru