Banqladeşdə 50 sərnişinin olduğu gəmi batdı

5-04-2021, 07:07           
Banqladeşdə 50 sərnişinin olduğu gəmi batdı
Banqladeşdə göyərtəsində 50 sərnişinin olduğu kiçik gəmi digər gəmi ilə toqquşduqdan sonra batıb.

“Report” xəbər verir ki, bu barədə hakimiyyət nümayəndələrinə istinadən "Agence France-Presse" (AFP) bildirib.

Məlumata görə, hadisə nəticəsində azı beş insan həlak olub.

Agentliyin məlumatına görə, 11 insanı xilas etmək mümkün olub.

"Biz itkin düşənlərin dəqiq sayını bilmirik", - agentlik yerli məmurdan sitat gətirib. Xilasedicilər sağ qalanları axtarırlar, amma polisdə qeyd ediblər ki, bu proses hava şəraitinə görə çətinləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru