Fransada insanlara peyvənd əvəzinə başqa məhlul vurublar

25-04-2021, 10:12           
Fransada insanlara peyvənd əvəzinə başqa məhlul vurublar
Fransanın şimal-şərqindəki Eperne şəhərindəki xəstələrə səhvən “Pfizer”in COVID-19 peyvəndi əvəzinə natrium xlorid (NaCl) ineksiya ediblər.

Bu barədə ölkənin “Bleu” radiostansiyasından bildirilib.

Qeyd olunur ki, həkimlər peyvənd mərkəzində 140 xəstəyə bu məhluldan vurublar. Bu inyeksiya sağlamlıq üçün təhlükəsizdir, lakin həmin xəstələr yenidən vaksinasiya olunmalıdırlar.

Fransada peyvənd kampaniyası ötən ilin dekabr ayının sonunda başlayıb.

Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə təxminən 14 milyon insan artıq peyvəndin ilk dozasını alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.