İndoneziyanın itmiş sualtı qayığı tapılıb - 53 hərbçi həlak olub

25-04-2021, 19:20           
İndoneziyanın itmiş sualtı qayığı tapılıb - 53 hərbçi həlak olub
İndoneziya Hərbi Dəniz Qüvvələrinin bir neçə gün əvvəl batan sualtı qayığı tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə zamanı sualtı qayıqda olan 53 nəfərin hamısı həlak olub.
Xatırladaq ki, İndoneziyaya aid sualtı qayıqla 21 aprel tarixində əlaqə kəsilmişdi. İçərisində ən az 53 nəfərin olduğu deyilən sualtı qayığın axtarışına 18 gəmi cəlb edilmişdi.
Rusiya, ABŞ, Almaniya, Fransa, Hindistan, Türkiyə və Avstraliya da daxil olmaqla bir çox ölkə yardım təklif etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru