Moskvada 12-ci mərtəbədən yıxılan 11 yaşlı qız sağ qalıb

27-04-2021, 07:56           
Moskvada 12-ci mərtəbədən yıxılan 11 yaşlı qız sağ qalıb
Moskvada ötən gecə 11 yaşlı qız 12-ci mərtəbədən yıxılıb.

APA “isvest.ru”ya istinadən xəbər verir ki, yuxulu vəziyyətdə mənzilin pəncərəsindən yıxılan qız həkimlərə küçədə oyandığını bildirib.

Azyaşlıya çiyninin çıxması və baş nahiyəsində zədələnmə diaqnozu qoyulub.

Anasının dediyinə görə, qızı tez-tez otaqda yuxu gəzirmiş: “Adətən yataqdan yıxılırdı. Həmin axşam otağa girdim, qızım yerində deyildi. Sonra pəncərədən çölə baxarkən onun yerdə yatdığını gördüm”.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilməzdən əvvəl qızın şüuru özündə olub, Təcili yardım xidmətinin həkimləri ilə söhbət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru