Moskvada məktəbdə oyuncağın partlaması nəticəsində iki uşaq xəstəxanalıq oldu

14-05-2021, 06:45           
Moskvada məktəbdə oyuncağın partlaması nəticəsində iki uşaq xəstəxanalıq oldu
Rusiya paytaxtında məktəblərin birində oyuncağın partlaması nəticəsində dörd şagird zərər çəkib.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, hadisəyə səbəb beşinci sinif şagindinin sinfə partlayan oyuncaq gətirməsi olub. O, sinifdə partlayıb və maddənin yüksək konsentrasiyası ilə əlaqədar şagirdlərdən dördünün halı pisləşib.

Hadisə ilə əlaqədar təcili yardım və polis çağırılıb.

Uşaqlardan ikisi xəstəxanaya yerləşdirilib, digər iki şagird isə tibb müəssisəsinə getməkdən imtina edib.

Məlumata görə, hadisənin səbəbkarı oyuncağı internetdən sifariş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru