Müharibə əlillərinə yeni güzəştlər tətbiq olunacaq

8-06-2021, 17:04           
Müharibə əlillərinə yeni güzəştlər tətbiq olunacaq
Müharibə əlillərinə yeni güzəştlər tətbiq olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru