Bakıda yaşayış binasına silahla hücum edən şəxs saxlanıldı

12-06-2021, 16:56           
Bakıda yaşayış binasına silahla hücum edən şəxs saxlanıldı
Bakıda binaya atəş açan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 6-da Ə.Əhmədov küçəsindəki yaşayış binasının qarşısında tapança patronuna aid 1 ədəd giliz və 2 ədəd güllə başlığı aşkar edilərək götürülüb.

Araşdırmalarla iyunun 6-na keçən gecə naməlum şəxsin tapançadan açdığı atəşdən evin birinci mərtəbəsində yerləşən təkər təmiri sexinə və 2-ci mərtəbədə yerləşən 2 mənzilin eyvanlarının pəncərə şüşələrinə ziyan dəyməsi, xəsarət alanın olmadığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Allahverdiyev müəyyən edilərək saxlanılmış, ondan “Makarov” markalı tapança götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru