Gəncədə yaşayış binasında partlayış - 2 nəfər öldü

13-06-2021, 16:06           
Gəncədə yaşayış binasında partlayış - 2 nəfər öldü
Gəncə şəhərində dörd mərtəbli binada partlayış zamanı xəsarət alan şəxslər xəstəxanada dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, 59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov aldıqları yanıq xəsarətlərindən həyatlarını itiriblər.

Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Bakı şəhərinə aparılmışdı.

Xatırladaq ki, dünən Gəncə şəhəri, H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş vermişdi. Partlayışa səbəb qaz sızması olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru