Qapalı yerlərdə maska tələbi ləğv edildi - RƏSMİ

15-06-2021, 15:49           
Qapalı yerlərdə maska tələbi ləğv edildi - RƏSMİ
İsraildə qapalı yerlərdə maska taxma tələbini ləğv edib.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qərarda bəzi istisnalar var. Belə ki, karantinə göndərilənlər, heriatriya müəssisələrinin işçiləri və pasiyentləri üçün maska taxmaq qüvvədə qalacaq.

Qeyd edək ki, son günlərdə İsraildə COVID-19-a yoluxma kəskin aşağı düşüb. İndiyə qədər 5,4 milyondan çox insana birinci doza, 5,1 milyondan çoxuna isə ikinci doza peyvənd vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru