Cəlilabad xəstəxanasında əkiz uşaq dünyaya gətirən ana ölüb
16-06-2021, 10:48
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.
Teref.az-ın report-a istinadən məlumatına görə, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı bu gecə xəstəxanada əkiz uşaq dünyaya gətirib.
Qadının vəziyyəti əvvəl yaxşı olsa da, sonradan pisləşib və o, vəfat edib.