AMEA institutlarına yeni direktorlar təyin edildi - SİYAHI

19-06-2021, 11:23           
AMEA institutlarına yeni direktorlar təyin edildi - SİYAHI
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, vitse-prezidentlər, Rəyasət Heyətinin üzvləri, Aparat rəhbəri və aidiyyatı qurumların rəhbərləri iştirak ediblər.

Rəyasət Heyətinin qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru