ABŞ helikopteri Yaponiyada qəza enişi etdi

22-06-2021, 09:50           
ABŞ helikopteri Yaponiyada qəza enişi etdi
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir vertolyot Yaponiyanın cənub-qərbindəki Naqasaki prefekturasının İki şəhərindəki hava limanına təcili eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NHK telekanalı açıqlama verib. Hadisə helikopter Cənubi Koreyadan Yaponiyanın Sasebo şəhərindəki bazaya doğru hərəkət edərkən baş verib. Təcili enişin səbəbinin texniki problem olduğu bildirilir. Yaponiya müdafiə naziri Nobuo Kişi ABŞ-ı bu cür hadisələrin baş verməməsi üçün daha tədbirli olmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru