Bakıda süpürgəçi qadını avtomobil VURDU

22-06-2021, 23:20           
Bakıda süpürgəçi qadını avtomobil VURDU
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Teref.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, Sabunçu bazarının yaxınlığında baş verib.

Yolu süpürən 1965-ci il təvəllüdlü Həsənova Gülgəz Rafael qızını avtomobil vurub. Hadisə zamanı ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yaralı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşıdır.(apa.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.