Bakıda usta özünü işlədiyi binanın 12-ci mərtəbəsindən yerə atdı
25-06-2021, 09:39
Bakıda intihar hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Nəsimi rayonunda çoxmərtəbəli binalardan birinin 12-ci mərtəbəsində mənzildə təmir işləri aparan Biləsuvar rayon sakini 56 yaşlı İlham Həsənov özünü pəncərədən ataraq intihar edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır.