Şahzadənin mirası sürücüyə qaldı

26-02-2016, 08:57           
Şahzadənin mirası sürücüyə qaldı
Almaniyada bir məhkəmə son İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci arvadı şahzadə Surəyyanın mirasını onun vəfat etmiş qardaşının sürücüsünə verilməsi barədə qərar çıxarıb.

Şahzadənin mirası haqqında qərar ölümündən 15 il sonra verilib. 69 yaşlı şahzadənin övladı olmadığı üçün mirası qardaşı Bijan Esfandiariyə qalıb. Lakin qardaşı da şahzadədən 1 həftə sonra dünyasını dəyişib. B.Esfandiyarinin mirası açıqlandığı zaman məlum olub ki, o bütün mal varlığını sürücüsə bağışlayıb. Lakin şahzadənin qohumları buna etiraz edib.

15 il davam edən məhkəmə prosesindən sonra miras yenidən B.Esfandiyarinin sürücüsünə verilib.

Şahzadə Surəyyanın Fransadakı sərvəti xeyriyyə qurumlarına bağışlanıb. İran və alman əsilli şahzadə 1951-ci ildə şah Məhəmməd Pəhləvi ilə evlənib, amma uşaqları olmadığı üçün boşanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru