Qaynata kürəkəni tərəfindən bıçaqlandığı

26-02-2016, 09:46           
Qaynata kürəkəni tərəfindən bıçaqlandığı
Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi Qırxçıraq kəndində qeydə alınıb. Gecə saatlarında Qarabağlı kənd sakini, 1996-cı il təvəllüdlü Dadaşov Alıkişi Elçin oğlu böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanada əməliyyat olunan yaralı daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. A.Dadaşovun kürəkəni tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru